Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir

Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir Bakı. 13 avqust. REPORT.AZ/ Ölkə üzrə payızlıq və yazlıq buğda biçini 99,2%, arpa biçini isə 99,7% başa çatıb.
ASK
13 Avqust , 2018 15:43
Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir

Bakı. 13 avqust. REPORT.AZ/ Ölkə üzrə payızlıq və yazlıq buğda biçini 99,2%, arpa biçini isə 99,7% başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib.

Onun sözlərinə görə, ümumilikdə, 672 516 hektar sahədə buğda (2017-ci ildə 590 162 ha), 336049 hektar sahədə arpa biçini (2017-ci ildə 317 693 ha) aparılıb. Bu il, orta hesabla, hər hektardan 30,2 sentner buğda (ötən il 30,6 sentner) və 27,9 sentner arpa (ötən il 25,6 sentner) yığılıb. Ötən illə müqayisədə məhsuldarlıq buğda üzrə 112,5%, arpa üzrə isə 115,3% təşkil edib. Bu il ölkə üzrə 3 milyon, 17 min 289 ton payızlıq və yazlıq dənli və dənli paxlalılar yığılıb, bunun 2 031 654 tonu buğda, 937 090 tonu arpadır. Ölkə üzrə ötən ilə nisbətən 226 min 365 ton artıq buğda, 124 570 ton arpa artıq yığılıb.

Son xəbərlər

Orphus sistemi