Azərbaycanda pambıqyığan kombaynları idarə edəcək 160 mexanizatora sertifikat təqdim olunub

Azərbaycanda pambıqyığan kombaynları idarə edəcək 160 mexanizatora sertifikat təqdim olunub Bakı. 21 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin Yevlax rayon nümayəndəliyində yerləşən təlim mərkəzində “Jonh Deere” markalı pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün keçirilən təlimlər başa çatıb.
ASK
21 Avqust , 2018 11:15
Azərbaycanda pambıqyığan kombaynları idarə edəcək 160 mexanizatora sertifikat təqdim olunub
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin Yevlax rayon nümayəndəliyində yerləşən təlim mərkəzində “Jonh Deere” markalı pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün keçirilən təlimlər başa çatıb. 

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Məlumata görə, iyulun 23-dən keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlər bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsi məqsədilə keçirilib.

Təlimlərin yekununda kursları müvəffəqiyyətlə bitirmiş 160 mexanizatora sertifikat təqdim olunub. Kursu bitirə bilməyən mexanizatorlar bu il pambıq yığımı prosesində iştirak edə bilməyəcəklər.

Son xəbərlər

Orphus sistemi