Azərbaycanda pambıqçılığın inkişafına dair müşavirə keçirilib
Azərbaycanda pambıqçılığın inkişafına dair müşavirə keçirilibBakı. 13 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib.
Bakı. 13 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib.
Bu barədə “Report”a nazirlikdən bildirilib.
Məlumata görə, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə nazirlik Aparatının, tabeli qurumların rəhbər şəxsləri, pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıq emalı müəssisələrinin nümayəndələri, qabaqcıl fermerlər iştirak ediblər. Tədbirdə bir ay əvvəl keçirilmiş müşavirədə verilən tapşırıqların icra vəziyyəti, 2019-cu ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, aparılmış şumun vəziyyəti, texnika, gübrə, toxum, dərman və su təminatı ilə bağlı mövcud durum müzakirə olunub. Müşavirə iştirakçıları “Azərbaycanda pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, nazirlik ölkədə pambıqçılığın inkişafına həsr olunmuş müşavirələr ayda bir dəfə keçirilir.