Bakı. 12 sentyabr. REPORT.AZ/ "Bu il Azərbaycana daha 100 pambıqyığan kombayn gətirilib".
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, bununla da pambıq yığımına cəlb olunan kombaynların sayı 400-ə yaxınlaşıb: “Odur ki, pambıq yığımında problem olmayacaq”.
Naizr qeyd edib ki, kombaynları idarə edəcək mexanizatorlara settifikat verilməsi prosesi davam edir: “Həmin mexanizatorlar təlim keçir və sertifikat alırlar. Sertifikatı olmayan mexanizatorlar işə buraxilmayacaq".