Yuxarı
    Bağlamaq

    Azərbaycanda pambıq əkini sahələri azaldılacaq

    Dinlə

    Bakı. 27 noyabr. REPORT.AZ/ “Bu il Azərbaycanda 132 min hektar ərazidə pambıq əkilib. Gələn il isə 100 min hektar sahədə pambıq əkini nəzərdə tutur”.

    “Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayonundakı Dövlət Aqrar Mərkəzinin (DAİM) açılışında nazir İnam Kərimov deyib.

    “Pambıq mövsümünün sonundayıq. Bu günə qədər 215 min ton pambıq tədarük edilib. Bu il orta məhsuldarlıq ötən illə müqayisədə çox – hər hektara 16 sentnerdir. Gələn il daha çox məhsuldarlıq əldə etmək niyyətindəyik. Məqsədimiz intensiv məhsuldarlığa nail olmaqdır”, - nazir qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi