Azərbaycanda pambığın alış qiyməti artırılıb

Azərbaycanda pambığın alış qiyməti artırılıb Bakı. 6 sentyabr. REPORT.AZ/ “Azərpambıq” MMC-nin regionlarda olan zavod və məntəqələri tərəfindən baglanmış müqavilələr əsasında bu il qəbul edilə...
ASK
6 Sentyabr , 2017 15:12
Azərbaycanda pambığın alış qiyməti artırılıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Azərpambıq” MMC-nin regionlarda olan zavod və məntəqələri tərəfindən baglanmış müqavilələr əsasında bu il qəbul ediləcək xam pambığın 2-ci və 3-cü növlərinin alış qiyməti hər ton üçün 10 manat artırılıb. 

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Məlumata görə, qiymət artımından sonra I növ pambıq 500 manatdan, II növ pambıq 480 manatdan və III növ pambıq isə 450 manatdan alınacaq. Qiymətlər Azərbaycan prezidentinin iyulun 13-də imzaladığı “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq, pambıq əkən fermerləri daha da həvəsləndirmək və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə artırılıb.

Son xəbərlər

Orphus sistemi