Azərbaycanda intensiv heyvandarlığa keçiləcək

Azərbaycanda intensiv heyvandarlığa keçiləcək Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanda heyvandarlıq və taxılçılıq üzrə dövlət proqramı hazırlanıb.
ASK
19 Noyabr , 2018 12:38
Azərbaycanda intensiv heyvandarlığa keçiləcək
0 : 00
0 : 00

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanda heyvandarlıq və taxılçılıq üzrə dövlət proqramı hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyev məlumat verib.

Onun sözlərinə görə, proqramın məqsəd intensiv heyvandarlığa keçməkdir.

“Hazırda ölkədə qoyun ətinə olan tələbat 100% yerli istehsal hesabına ödənilir. Mal əti üzrə bu göstəricini 90%-ə, quş əti üzrə isə 100%-ə çatdırmaq istəyirik. Bu, yaxın vaxtlarda reallaşa bilər”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi