Yuxarı

Azərbaycanda fermerlərə daha 57,5 mln. manat subsidiya ödəniləcək

Azərbaycanda fermerlərə daha 57,5 mln. manat subsidiya ödəniləcək
Bu il fermerlər əkin zamanı istifadə olunan yanacağa, həmçinin buğda və çəltik əkininə görə, ümumilikdə, 83,9 mln. manat yardım alıb

Bakı. 17 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində, nazir müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iclasda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin 28 rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.

Respublika Komissiyası 28 rayon (şəhər) üzrə 247625 istehsalçıya 832 490,63 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 57 522 199,5 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.

Beləliklə, ümumilikdə, Respublika Komissiyası 2018-ci ildə 57 rayon (şəhər) üzrə 391927 istehsalçıya 1 211 496,64 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 83 922 088,8 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi