Bakı. 17 oktyabr. REPORT.AZ/ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) maliyyə dəstəyi ilə Azərbaycanda 1,3 mln. manat dəyərində Embrion Transfer Mərkəzi qurulacaq.
Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildirib.
Onun sözlərinə görə, layihənin icrasına bu ilin noyabr ayında başlanılacaq.
"Embrion Transfer Mərkəzi Göygöldə yerləşəcək. Burada yerli surroqat və cins resident heyvanlar seçiləcək, daha sonra erkək toxumla cins resident heyvanlar mayalandırılacaq. 7 gündən sonra embrion qopardılaraq surroqat heyvana transfer olunacaq".