"İndiyə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) 21 minə qədər fermer öz məlumatlarını daxil edib”.
“Report” xəbər verir ki, bunu
Onun sözlərinə görə, həftə ərzində 10-15 min fermerin məlumatlarının sistemə daxil edilməsi nəzərdə tutulub: “Ümumilikdə, 440 min fermerin məlumatlarının sistemə daxil edilməsi gözlənilir”.
Qeyd edək ki, bu gün Bərdədəki "ASAN xidmət" mərkəzində EKTİS-in tətbiqi ilə əlaqədar fermerlərə informasiya-məsləhət xidməti göstərəcək Aqrar İnkişaf Könüllüləri və ASAN könüllüləri üçün təlim keçirilir.
Xatırladaq ki, EKTİS fermerlərə nə əkməkdə qərar verməyə də kömək edəcək. Bu sistem vasitəsilə vətəndaşlar subsidiya üçün də müraciət edə bilərlər.