Yuxarı
    Bağlamaq

    Azərbaycanda "Elektron aqrolizinq sistemi" layihəsinin reallaşdırılmasına başlanılıb

    Bakı. 12 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC "Elektron aqrolizinq sistemi" layihəsinin reallaşdırılmasına başlayıb. 

    “Report” xəbər verir ki, bu barədə qurumun informasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov məlumat verib. 

    Onun sözlərinə görə, əsasən kənd təsərrüfatı texnikalarının, damazlıq heyvanların lizinqi, kənd təsərrüfatı texnikalarına güzəştin tətbiqi kimi elektron xidmətlər tamamlanaraq “Elektron hökumət” portalına inteqrasiya edilib: "Əlavə olaraq mineral gübrələrin 70% güzəştlə satışı tam olaraq elektron qaydada aparılır. Xidmətlərdən istifadə etmək üçün vətəndaşlar "Elektron hökumət" portalında qeydiyyatdan keçməlidirlər. Yalnız bundan sonra onlar nazirliyin xidmətləri bölməsinə daxil olaraq qeyd olunan xidmətlərdən istifadə edə bilərlər. Burada “Aqrolizinq” fermerlərə xüsusi yanaşır. “Elektron hökumət” portalı ilə razılaşma əsasında vətəndaşları “Elektron Hökumət” portalında qeydiyyatdan keçirə bilərik. Nəticədə fermer həm bizim, həm də “Elektron hökumət” portalında olan digər dövlət qurumlarının xidmətlərindən yararlana bilər". 

    Bundan başqa, "Aqrolizinq" rəsmisi qeyd edib ki, təmsil etdiyi qurumun fəaliyyətinə dair ödənişlərin daha rahat həyata keçirilməsi  məqsədi ilə “Asan Ödəniş” sistemi ilə inteqrasiya aparılıb: "İnteqrasiya nəticəsində fermerlər “Aqrolizinq” qarşısındakı öhdəliklərini ölkə üzrə bütün Emanat, MilliÖn ödəniş terminallarında və Asanpay.az, E-pul.az, Potrmanat.az saytları vasitəsi ilə rahat şəkildə yerinə yetirə bilərlər. Səhmdar cəmiyyətinin rayon filialları rayon mərkəzindən kənarda yerləşir və hər dəfə fermerlər bizim xidmətlərdən yararlanarkən ödəniş etmək üçün kifayət qədər məsafə qət edərək banklara getməli olurdular. Hal-hazırda filliallarda əlavə olaraq ödəniş terminallarının quraşdırılması üzrə işlər aparılır və artıq 17 rayon üzrə işlər tamamlanıb. Bu da öz növbəsində fermerə imkan yaradır ki, vaxt itkisi olmadan, uzun növbə gözləmədən, filialdan ayrılmadan ödəniş edib məhsulu əldə edə bilsin".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi