Bakı. 22 oktyabr. REPORT.AZ/ “Kənd Təsərrüfatı Nazirliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) ilə birgə atçılıq sahəsində yeni layihənin icrasına başlaya bilər”.
Bunu "Report"a açıqlamasında nazirliyin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildirib.
Onun sözlərinə görə, hazırda təmsil etdiyi qurum dəyəri 2 mln. manat olan bu layihə ilə bağlı KOİKA-dan cavab gözləyir.
“Layihənin həyata keçirilməsində əsas məqsəd “Dilbaz” atlarının yetişdirilməsi, genetik olaraq analiz olunması, çoxaldılması və yarışlara hazırlanmasıdır. Layihə çərçivəsində buradakı atlardan nümunələrin götürülərək Almaniyaniya göndərilməsi nəzərdə tutulur. Onların “Dilbaz” atı olduğu müəyyənləşdikdən sonra selektiv işlər həyata keçiriləcək”,- o qeyd edib.