Azərbaycanda bu günədək 304 min 510 hektar sahədə taxıl biçini aparılıb

Azərbaycanda bu günədək 304 min 510 hektar sahədə taxıl biçini aparılıb Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
ASK
15 İyun , 2019 18:29
Azərbaycanda bu günədək 304 min 510 hektar sahədə taxıl biçini aparılıb

Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, iyunun 15-nə olan operativ məlumata görə, ölkə ərazisində 304509,71 hektar ərazidə taxıl biçini aparılıb, 235628,1 hektar ərazidə arpa, 68881,65 hektar ərazidə buğda biçini başa çatıb.

Ümumilikdə bu günədək ölkə üzrə 922575,31 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,2 sentner təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il 100 min hektar daha çox biçin aparılıb.

Bərdə və Yevlax rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad, Beyləqan, Zərdab, Cəlilabad və Masallı rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29256 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9600 hektar sahənin 9550 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Bərdə, Samux, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha
Neftçala 31404 30610 27,2
Şəki 21626,3 14680 34,0
Biləsuvar 14900 14353 32,0
Sabirabad 9600 9550 37,5
Zərdab 5730 5729,5 30,6
Yevlax 5082,5 5082,5 29,0
Cəlilabad 4509,1 4390 35,1
Bərdə 2568 2568 31,0
Beyləqan 1765 1746 28,0
Samux 3544 3386 34,7
Goranboy 11500 9530 24,0
Qax 2881 2537 26,0
Masallı 2786 2638 20,5
Ağcabədi 5637 5118 33,7
Füzuli 8505 7859 30,6
Ağdam 2215 1951 35,5
Tərtər 3814,5 3198 34,0
İmişli 6322 5491 32,3
Xızı 1925 1385 17,0
Göyçay 6851 5313 32,0
Salyan 9917 8524 34,0
Ağdaş 11473,1 8055 23,5
Saatlı 5822 5533 36,8
Hacıqabul 11008 9236 27,9
Siyəzən 2516 1920 29,1
Balakən 457,7 426 28,7
Cəbrayıl 550 530 30,1
Lənkəran 68 40,8 13,0

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Son xəbərlər

Orphus sistemi