Azərbaycanda arıçılıq ixtisası üzrə kadrlar hazırlana bilər

Azərbaycanda arıçılıq ixtisası üzrə kadrlar hazırlana bilər ​Azərbaycanda arıçılıq ixtisası yaradıla bilər
ASK
26 Dekabr , 2018 17:11
Azərbaycanda arıçılıq ixtisası üzrə kadrlar hazırlana bilər

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Arıçılar Assosiasiyası Təhsil Nazirliyinə Azərbaycan Dövlət Aqrar Universitetində arıçıqlıq ixtisası üzrə kadrların hazırlanması təklifini edib.

Bu barədə “Report”a Assosiasiyanın sədri Bədrəddin Həsrətov məlumat verib. 

“Univeristetlə yanaşı, müxtəlif şəhər və rayonlarda peşə təhsili müəssisələrində arıçılıq ixtisasının tədris edilməsi ilə bağlı Nazirliyə təkliflər vermişik. Hazırda arıçılar ixtisaslı kadr çatışmazlığı problemi yaşayır. Təkliflərimizi Təhsil Nazirliyi müsbət qarşılayıb”, - B.Həsrətov bildirib.

Son xəbərlər

Orphus sistemi