Yuxarı

Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb

​Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 16,572 mln. ABŞ dolları dəyərində tütün idxal edib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 16,572 mln. ABŞ dolları dəyərində tütün idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,612 mln. dollar (27,9%) çoxdur.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,8%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mlrd. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi