Yuxarı
    Bağlamaq

    Aydın Vəliyev: "Yerli quş ətinin maya dəyərinin yüksək olması ixraca mane olur"

    Bakı. 4 yanvar. REPORT.AZ/ "Azərbaycanda istehsal olunan quş ətinin maya dəyərinin yüksək olması onun ixracına mane olur". 

    Bunu “Report”a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

    "Hazırda yerli broyler müəssisələri yalnız daxili tələbatı ödəmək üçün fəaliyyət göstərirlər. Bununla belə, məhsulun maya dəyərinin aşağı salınması və ixraca başlanılması istiqamətində də iş gedir. Bununla bağlı bir sıra qurumlara müraciətlər edilib. Əgər quş ətinin istehsalına çəkilən xərc azalsa, onda yerli məhsul ucuz başa gələcək və xaricə gedəcək. Quş əti üçün yemlər xaricdən gəlir, gömrükdə müəyyən güzəştlər olsa, bu halda maya dəyərinin aşağı salınması mümkün ola bilər. Bu, ölkə daxilində də məhsulun ucuzlaşmasına gətirib-çıxarar", - o qeyd edib. 

    A.Vəliyevin sözlərinə görə, quş ətindən fərqli olaraq yerli broyler müəssisələri yumurta ixrac edə bilirlər: "Ötən il ixrac həyata keçirilib. Hazırda Azərbaycanda yumurtaya olan illik tələbat 1,3 mlrd. ədəddir. Yerli istehsalın həcmi isə 1,5 mlrd. ədəddir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi