Azərbaycan Qarabağ atları ixrac edə bilər

Azərbaycan Qarabağ atları ixrac edə bilər Bakı. 26 noyabr. REPORT.AZ/ Bu il noyabrın 5-də açılışı olmuş Qarabağ Atçılıq Kompleksinin hesabına Azərbaycan Qarabağ atları ixrac edə bilər.
ASK
26 Noyabr , 2018 11:13
Azərbaycan Qarabağ atları ixrac edə bilər
0 : 00
0 : 00

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu il noyabrın 5-də açılışı olmuş Qarabağ Atçılıq Kompleksinin hesabına Azərbaycan Qarabağ atları ixrac edə bilər. 

Bu barədə "Report" açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

"Həmin kompleksdə atçılığın inkişafı ilə bağlı bütün tədbirlər - atların karantin zonasının yaradılması, vaxtaşırı müayinə və müalicə edilməsi, yarışlara hazırlanması, satışa çıxarılması nəzərdə tutulub. Məqsədimiz odur ki, bu sahəni inkişaf etdirək, o cümlədən ixrac üçün atlar yetişdirək və bununla da kompleksin gələrlərinin artımına nail olaq", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi