Azərbaycan meyvə-tərəvəz ixracını 73% artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını 73% artırıb Bu məhsulların ixracından əldə olunmuş gəlir isə 28% artıb
ASK
15 Aprel , 2017 16:56
Azərbaycan meyvə-tərəvəz ixracını 73% artırıb

Bakı. 15 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycandan 55,585 ton meyvə-tərəvəz ixrac olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72,9% çoxdur.

Hesabat dövründə Azərbaycan beyvə-tərəvəzin ixracından gəlirini də artırıb. Belə ki, 3 ay ərzində ölkədən xaricə satılmış meyvə-tərəvəzin dəyəri 55,401 mln. dollar olub ki, bu da 1 il əvvələ nisbətən 28,1% çoxdur.

Bu məhsulların ixracı ümumi ixracda 2,1%-lik paya malik olub. 

Son xəbərlər

Orphus sistemi