Arı yeşiklərinin sensorlar vasitəsilə monitorinqi aparılacaq

Arı yeşiklərinin sensorlar vasitəsilə monitorinqi aparılacaq Bakı. 30 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi məsafədən arı yeşiklərin sensorlar vasitəsilə monitorinqinin təşkili məqsədi ilə kotirovka sorğusu elan edir.
ASK
30 Noyabr , 2018 10:19
Arı yeşiklərinin sensorlar vasitəsilə monitorinqi aparılacaq
0 : 00
0 : 00

Bakı. 30 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi məsafədən arı yeşiklərin sensorlar vasitəsilə monitorinqinin təşkili məqsədi ilə kotirovka sorğusu elan edir.

“Report” xəbər verir ki, nazirliyin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi məsafədən arı yeşiklərin sensorlar vasitəsilə monitorinqinin təşkili üçün nəzərdə tutulan elektron cihazın proqram təminatının və tətbiqinin yazılması, elektron sxeminin çəkilməsi və prototiplərin yığılaraq test olunması, 3D qrafik dizaynla qablaşdırmanın hazırlanması və sesnsorlardan gələn məlumatların maşın öyrənməsi, alqoritmlərlə tanıtması işlərinin satınılması ilə əlaqədar kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iştirak etmək istəyənlər təkliflərini 6 dekabr 2018-ci il 17:00 dək Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 92 ünvanına (Əlaqələndirici şəxs Ramil Əliyev ( 012-599-08-88) mobil 077-598-44-30) müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi