Yuxarı

"Aqrolizinq"in sədri: "10-12 gündən sonra pambıq yığımına başlanılacaq" - ƏLAVƏ OLUNUB

Azərbaycanda pambıq yığımına nə vaxt başlanılacaq?

İlk xəbər saat 15:59-da verilib

“Azərbaycanda pambıq yığımına hazırlıqla bağlı son işlər gedir”

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yığımdan əvvəl məhsulun toplanacağı sahələrdə defolyasiya işləri aparılır: “Pambıq kollarındakı yarpaqların tökülməsi üçün defolyant vurulur, 10-12 gündən sonra isə pambıqyığan kombaynlar işə başlayacaq”.

Xatırladaq ki, ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123-ü Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin, 288-i isə özəl şirkətlərin payına düşür. Bundan başqa, “Aqrolizinq”in rayon bölmələrinin istifadəsində 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu mövcuddur.

Bu il Azərbaycanda 21 rayonda 100 112 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 241 hektarı hüquqi şəxslərə, 3 871 hektarı fiziki şəxslərə məxsusdur.

***

E.Rəhmanov onu da bildirib ki, "Aqrolizinq"in kombaynları ilə 1 hektar ərazidə pambıq yığımı 1-ci mərhələdə 100 manata, 2-ci mərhələdə isə 60 manata başa gələcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi