Yuxarı

Leyla Məmmədova: "2021-ci ilə qədər ölkənin Şimal-Qərb bölgəsində aqro ekoturizmi inkişaf etdirmək istəyirik"

Aqro ekoturizm layihəsində yeniliklər olacaq

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi “Şəhərdən kəndə” layihəsi çərçivəsində həyata keçirilən aqro ekoturizm layihəsi ilə bağlı İsmayıllıya və Şəkiyə müxtəlif turlar təşkil edilir".

Bunu “Report”a “Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib.

L.Məmmədova qeyd edib ki, ümumilikdə, 10-a yaxın aqro ekoturizm turu həyata keçirilib: "Hazırda aqro ekoturizmdə iştirak edə biləcək 20-dən çox fermerlərlə danışıqlara başlamışıq. Danışıqlar fermer təsərrüfatlarının layihəyə cəlb edilməsi istiqamətindədir”.

O əlavə edib ki, vətəndaşlarla yanaşı, İtaliyadan, Fransadan, Ekvadora məxsus adalar qrupu Qalapaqosdan da həyata keçirdiyimiz turlarda iştirak etmək üçün qeydiyyatdan keçən və iştirak edən turistlər var. Belə ki, məqsədimiz regionlara dəstək göstərmək və 2021-ci ilə qədər ölkənin Şimal-Qərb bölgəsində aqro ekoturizmi inkişaf etdirməkdir”.

L.Məmmədovanın  sözlərinə görə, Azərbaycanda turizm sahəsi son illər inkişaf edir: “Ölkəyə gələn turistlərin sayı və müxtəlifliyi artır. Aqro ekorturizmin təbliği istiqamətində Azərbaycan Dövlət Turizm Agentliyi ilə sıx əməkdaşlıq edirik. Agentlik bizə həmçinin ekspertləri ilə birlikdə maarifləndirmə işlərində dəstək göstərir və xaricdə tanıdılması istiqamətində işlər aparılır”. 

Xatırladaq ki, aqro ekoturizimin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinin icrasına iyunun 4-də başlanılıb. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Turizm Agentliyinin dəstəyi ilə reallaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi