Yuxarı

Aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsi yekunlaşıb

​Aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsi bitdi

Kənd Təsərrüfatı Nazirliyi ilə “MS Professional Trainings and Career Center” MMC şirkəti arasında bağlanmış müqavilə əsasında aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsi başa çatıb.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini-İnsan resursları şöbəsinin müdiri Elvin Paşayev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, “MS Pro Group”un direktoru Kamil Piriyev və təlimçilər iştirak ediblər.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini, İnsan resursları şöbəsinin müdiri Elvin Paşayev bildirib ki, Nazirliyin əsas hədəflərindən biri daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir.

O əlavə edib ki, layihənin məqsədi Kənd Təsərrüfatı Nazirliyinin təlimçi və təlim bazasını möhkəmləndirmək, aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislər hazırlamaq, nazirliyin və fermerlərin gələcək təlim ehtiyaclarını daxili imkanlar hesabına təmin etmək olub.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması ilə bağlı layihə çərçivəsində təşkil olunan təlimlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

İmran Cümşüdov qeyd edib ki, layihə iştirakçılarına təlimçilik bacarıqları və təqdimatların düzgün tərtib edilməsi ilə bağlı təlimlər keçirilib.

“MS Pro Group”un direktoru Kamil Piriyev isə bildirib ki, layihənin yekununda aqrar sahə üzrə hazırlanmış təlimçilərin təlimləri peşəkar təlimçilər tərəfindən qiymətləndirilib, onların motivasiya və təlimçilik bacarıqları dəyərləndirilib.

Qeyd edək ki, tədbirdə çıxış edənlər layihə iştirakçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra layihə iştirakçıları çıxış edərək aqrar sahədə təlim və maarifləndirmənin əhəmiyyəti haqqında danışıb, təlimlər zamanı əldə etdikləri bilik və bacarıqları ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə layihə çərçivəsində hazırlanmış “Təlimçinin əl kitabçası”nın təqdimatı da keçirilib. Tədbirin sonunda təlim kursunu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi