Yuxarı
    Bağlamaq

    Altay diyarı payıza qədər Azərbaycana taxıl tədarükünə başlamağı planlaşdırır

    Dinlə

    Bakı. 25 may. REPORT.AZ/ Rusiyanın Altay diyarı avqust-sentyabr aylarında Azərbaycana ilk taxıl tədarükünü həyata keçirmək niyyətindədir.

    "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə diyar hökumətinin mətbuat xidməti bildirib.

    "Qarşıdakı mövsümdə taxıl tədarükünün həyata keçirilməsi üzrə ilkin razılıq əldə olunub. Bazar konyunkturası icazə verərsə, gələn mövsümün əvvəlində, təxminən, bu ilin avqust-sentyabr aylarında Azərbaycana ilk taxıl tədarükünü həyata keçirəcəyik", - Altay diyarından olan "Elli" şirkətinin satış şöbəsinin rəhbəri Sergey Martınoviç deyib.

    Şirkətdən verilən məlumata görə, belə tədarüklər Altayın taxıl bazarında yaranmış məhsul artıqlığını qaydaya salacaq.

    Qeyd edək ki, şirkət may ayında Bakıda ixtisaslaşdırılmış kənd məhsulları sərgisində iştirak edib. Altay diyarının nümayəndə heyətinə diyar hökumətinin baş nazir müavini Viktor Meşeryakov başçılıq edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi