“AgTech and Green Energy” beynəlxalq forumunda 15-ə yaxın ölkədən 35 xarici mütəxəssis iştirak edəcək

“AgTech and Green Energy” beynəlxalq forumunda 15-ə yaxın ölkədən 35 xarici mütəxəssis iştirak edəcək Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək.
ASK
28 Noyabr , 2018 16:29
“AgTech and Green Energy” beynəlxalq forumunda 15-ə yaxın ölkədən 35 xarici mütəxəssis iştirak edəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

“Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır.

“AgTech and Green Energy” Forumunun əsas məqsədləri ölkəmizdə kənd təsərrüfatı və enerji sektorlarında innovativ inkişafa nail olmaq, bu istiqamətdə innovasiya şirkətləri, startaplar və digər maraqlı tərəflər arasında güclü işguzar əlaqələr və dayanıqlı biznes modellər qurmaqdır.

Forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən olan sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, startap şirkətləri və aparıcı texnologiya şirkətlərinin nümayəndələri çıxış edəcəklər.

Forumda  energetika və aqrar texnologiyaların gələcəyi, aqrar və yaşıl enerji üçün texnologiyalar , yeni innovativ ekosistemlər, aqrar sahə və energetika üçün biznes, startap və innovasiya ekosistemi və digər mövzular müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi