Azərbaycanda 77 minə yaxın fermer əkdiyi məhsul barədə dövləti məlumatlandırıb

Azərbaycanda 77 minə yaxın fermer əkdiyi məhsul barədə dövləti məlumatlandırıb İndiyə qədər Azərbaycanda 76 652 fermer əkdiyi məhsul barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) məlumat yerləşdirib.
ASK
27 Noyabr , 2019 17:52
Azərbaycanda 77 minə yaxın fermer əkdiyi məhsul barədə dövləti məlumatlandırıb

İndiyə qədər Azərbaycanda 76 652 fermer əkdiyi məhsul barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) məlumat yerləşdirib.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bu məlumatlar 147 483 əkin sahəsini əhatə edir.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları əkinlərin bəyan edilməsi üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri, bölgələrə ezam olunmuş səyyar qruplarla yanaşı, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və xidmətlərindən yararlana bilərlər. 

Xatırladaq ki, ölkə Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanına və bu fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız EKTİS üzərindən veriləcək. Sistemdə qeydiyyatdan keçmək və əkin məlumatlarını daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.

Son xəbərlər

Orphus sistemi