Bakı. 31 mart. REPORT.AZ/ Bakı şəhərində Ziya Bünyadov prospektinin əsas yolunda ("Koroğlu" metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, həmin hissədə aparılan təmir işləri artıq yekunlaşıb.
Qeyd edək ki, 20 Yanvar dairəsi istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi səbəbindən sıxlıq müşahidə olunur.