Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx

İnfrastruktur
  • 07 noyabr, 2026
  • 11:36
Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 8 Noyabr – Zəfər Günü münasibətilə xüsusi videoçarx hazırlayıb.

Videoçarxda 2020-ci ildə Vətən müharibəsinə yollanan hərbçinin ailəsi ilə vidalaşması, altı il sonra isə bir uşağın Şuşa arzusu və bu arzunun gerçəkləşməsi üzərindən tarixi Zəfərin mənəvi dəyəri əks etdirilir.

Emosional süjet xətti ilə hazırlanan videoçarxda Şuşaya aparan Zəfər yolunun tikintisi və hazırkı görüntülərinə xüsusi yer ayrılıb. 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən Zəfər yolunun istifadəyə verilməsindən bu gün 5 il ötür.

Videoçarxın əsas ideyası Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə azad Şuşaya aparan Zəfər yolu arasında mənəvi bağlılığı nümayiş etdirmək, qəhrəmanlıqla yazılan tarixin bu gün quruculuqla davam etdirildiyini çatdırmaqdır.

Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx