Bu gün Moskvadan Bakıya ən müasir - 4-cü nəslə aid 10 vaqon yola salınıb.
"Report"un Rusiya bürosunun xəbərinə görə, Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinə daxil olan “Metrovaqonmaş” zavodunda baş tutan tədbirdə çıxış edən rəsmilər, “Metrovaqonmaş”ın baş direktoru Kirill Lipa Rusiya məhsullarına Azərbaycanın marağını qeyd edərək, Rusiya şirkətinə etibara görə Azərbaycana təşəkkür edib.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri
Tədbir mükafatların verilməsi ilə davam edib.
Yeni model vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Müqayisə üçün qeyd edək ki, müasir 81-765.Б/766.Б qatarlarında yeni qapı sistemləri, qatar boyunca vaqonları birləşdirən daxili açıq keçidlər və qapıların açıb bağlanmasında istifadə olunan yeni işıq sistemləri istifadə olunur. Həmçinin, yeni dizayn yaxşı səs və istilik izolyasiyasına malik olmaqla yanaşı, vaqonlar kondisioner və ventilyasiya, sərnişinlərin elektron cihazların doldurulması üçün sistemlərlə də təchiz olunub. Əsas salonlarda isə əlil arabaları və velosipedlər üçün yerlər də var. Bakı qatarları üçün orijinal rəngli qrafik sxemi hazırlannıb, farların dizaynı dəyişdirilib, yerli şəraitə uyğunlaşdırılmış informasiya sistemi yaradılıb.
Qeyd edək ki, müəssisə 1967-ci ildən "
İqbal Rüstəmov