Xırdalan dairəsində yeni tikilən körpüdə işlər bitmək üzrədir

Xırdalan dairəsində yeni tikilən körpüdə işlər bitmək üzrədir Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb.
İnfrastruktur
2050
14 Oktyabr , 2020 11:09
Xırdalan dairəsində yeni tikilən körpüdə işlər bitmək üzrədir

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb. Bundan öncə isə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılıb.

Bu barədə "Report"a Azərbaycan Avtomibil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi