Xaçmazda yol nişanlanma işləri aparılır
İnfrastruktur
- 15 avqust, 2025
- 13:02
Xaçmaz şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılır.
“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, şəhərin Nəsimi və N.Nərimanov küçələrində, eləcə də Xaçmaz-Quba yolunda üfüqi nişanlanma xətləri yenilənib.
Ümumilikdə 60 km-dən çox ərazidə xətləmə işləri aparılıb, 25 piyada keçidi yenidən çəkilib. Ərazilərdə hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.
Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.
Son xəbərlər
14:41
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
Digər14:38
"Beşiktaş" Salih Uçanla vidalaşıb
Futbol14:32
Foto
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
Media14:32
Yardımlıda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
Fərdi14:20
Azərbaycan qızıl ixracından gəlirini 38 %-dən çox artırıb
Sənaye14:20
"Azərkosmos"un ixrac gəlirləri 54 %-dən çox artıb
İKT14:18
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
Xarici siyasət14:17
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
Elm və təhsil14:16