“Wizz Air” Gürcüstandakı bazasını bərpa edəcək

“Wizz Air” Gürcüstandakı bazasını bərpa edəcək Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” Gürcüstandakı bazasını bərpa etmək niyyətindədir.
İnfrastruktur
29 Oktyabr , 2020 11:23
“Wizz Air” Gürcüstandakı bazasını bərpa edəcək

Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” Gürcüstandakı bazasını bərpa etmək niyyətindədir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, loukosterin Kutaisi şəhərindəki bazasının bərpası yazda gözlənilir.

N.Turnava qeyd edib ki, bazanın ləğvi ilə bağlı qərar müvəqqəti və pandemiyanın yaratdığı çətinliklərlə bağlı olub.

Qeyd edək ki, “Wizz Air”in Gürcüstandakı bazası 2016-cı ildən fəaliyyət göstərir. Bu ilin iyulunda şirkət Gürcüstan bazarını tərk etməklə bağlı qərar verib.

Son xəbərlər

Orphus sistemi