Bakıda daha bir marşrut xəttində gediş haqqı "BakıKart" ilə ödəniləcək

Bakıda daha bir marşrut xəttində gediş haqqı "BakıKart" ilə ödəniləcək Sərnişinlərin rahatlığının təmin edilməsi istiqamətində tədbirlər davam edir
İnfrastruktur
1302
2 Sentyabr , 2021 17:02
Bakıda daha bir marşrut xəttində gediş haqqı BakıKart ilə ödəniləcək

Sərnişinlərin rahatlığının təmin edilməsi istiqamətində tədbirlər davam edir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sosial şəbəkədəki hesabında paylaşıb.

Onun sözlərinə görə, sabahdan etibarən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

Xatırladaq ki, bu günə qədər müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 69 %-i "Bakıkart"a keçib.

Son xəbərlər

Orphus sistemi