Bakı. 1 mart. REPORT.AZ/ Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, tədbirdə qurumun sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Görüşdə Şərq-Qərb multimodal nəqliyyat dəhlizinin inkişafı, regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensilların və perspektivlərin qiymətləndirilm
Tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanovla Tükmənistanın dəmir yolları naziri Bayram Annemeredov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yollarının vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçilib.
Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçiriblər. Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.