Türkmənistan bütün beynəlxalq reyslərin ləğvini uzadıb

Türkmənistan bütün beynəlxalq reyslərin ləğvini uzadıb “Türkmənistan Hava Yolları” koronavirus səbəbiylə bütün beynəlxalq reyslərin ləğvini sentyabrın 30-dək uzadıb.
İnfrastruktur
31 Avqust , 2020 04:45
Türkmənistan bütün beynəlxalq reyslərin ləğvini uzadıb

“Türkmənistan Hava Yolları” koronavirus səbəbiylə bütün beynəlxalq reyslərin ləğvini sentyabrın 30-dək uzadıb.

 "Report"un məlumatına görə, bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunur.

"Hörmətli sərnişinlər, COVID-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq bütün beynəlxalq uçuşların ləğvi 30 sentyabr 2020-ci il tarixinə qədər uzadıldı" deyilir.

Aşqabaddan və geriyə bütün uçuşlar aşağıdakı istiqamətlərdə ləğv edildi: İstanbul, Moskva, Sankt-Peterburq, Kazan, Minsk, Almatı, Birmingem, Amritsar, Dehli, Dubay, Abu Dabi, Pekin və Banqkok.

Alınan biletlərin 31 dekabr 2021-ci il tarixinədək etibarlı olduğu və ləğv edilmiş uçuşlardan gələn sərnişinlərin geri ödəmə üçün müraciət edə biləcəyi və ya hava nəqliyyatının bərpa olunmasını gözləyə biləcəyi və rahat uçuşlara bilet mübadiləsi ediləcəyi bildirildi.

Rəsmi olaraq təyin edilmiş koronavirus infeksiyası hallarının olmamasına baxmayaraq, Türkmənistan sakinlərindən maska ​​rejiminə və bir sıra məhdudiyyətlərə riayət etmək tələb olunur.

Son xəbərlər

Orphus sistemi