“Turkish Airlines” yük daşımaları sahəsində yeni şirkət yaradır

“Turkish Airlines” yük daşımaları sahəsində yeni şirkət yaradır Türkiyənin milli yük daşıyıcısı “Turkish Airlines” (THY) hava nəqliyyatında yük daşınmaları sahəsində yeni filial şəklində birləşmiş şirkətin yaradılması haqqında qərar qəbul edib.
İnfrastruktur
1015
29 Noyabr , 2020 06:40
“Turkish Airlines” yük daşımaları sahəsində yeni şirkət yaradır

Türkiyənin milli yük daşıyıcısı “Turkish Airlines” (THY) hava nəqliyyatında yük daşınmaları sahəsində yeni filial şəklində birləşmiş şirkətin yaradılması haqqında qərar qəbul edib.

Bu barədə “Report” "Anadolu"ya istinadən xəbər verir.

Qeyd edilir ki, səhmlərin 100 faizi “Turkish Airlines”ə məxsus olacaq.

"Yeni şirkət yük daşımaları sahəsində xidmət sahəsinin genişlənməsinə töhfə verəcək, hava nəqliyyatında yeni strategiyaları hazırlamağa imkan yaradacaq. “Turkish Cargo” şirkətinin yaradılması zamanı “Turkish Airlines”in uğurlu təcrübəsi nəzərə alınacaq.

Bundan başqa, yeni şirkət xaricdə strateji əməkdaşlıq üçün açıq olacaq", - şirkətdə qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi