"Türk Hava Yolları" İstanbul-Gəncə istiqamətində birbaşa uşuşlara başlayır

"Türk Hava Yolları" İstanbul-Gəncə istiqamətində birbaşa uşuşlara başlayır Türkiyənin milli aviadaşıyıcısı hazırda İstanbul-Bakı, Ankara-Bakı istiqamətində birbaşa aviareyslər həyata keçirir
İnfrastruktur
3 May , 2021 11:00
 Türk Hava Yolları İstanbul-Gəncə istiqamətində birbaşa uşuşlara başlayır

Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti İstanbul-Gəncə istiqamətində mayın 15-dən etibarən birbaşa aviareyslərə başlayır.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, aviareyslər həftədə iki dəfə olmaqla çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək.

Qeyd edək ki, "Türk Hava Yolları" hazırda İstanbul-Bakı, Ankara-Bakı istiqamətində birbaşa aviareyslər həyata keçirir.

Xatırladaq ki, hazırda THY 226 istiqamət üzrə aviareyslər həyata keçirir.

Son xəbərlər

Orphus sistemi