"Türk Hava Yolları" bu gün üçün İstanbul-Bakı-İstanbul reyslərini ləğv edib

"Türk Hava Yolları" bu gün üçün İstanbul-Bakı-İstanbul reyslərini ləğv edib Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti bu gün üçün İstanbul-Bakı (TK334) və Bakı-İstanbul (TK335) reyslərini ləğv edib.
İnfrastruktur
24 Yanvar , 2022 16:21
Türk Hava Yolları bu gün üçün İstanbul-Bakı-İstanbul reyslərini ləğv edib

Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti bu gün üçün İstanbul-Bakı (TK334) və Bakı-İstanbul (TK335) reyslərini ləğv edib.

Aviaşirkətdən "Report"a verilən məlumata görə, buna səbəb Türkiyədə hava şəraitinin uçuş üçün əlverişli olmamasıdır.

Qarşıdakı günlərdə nəzərdə tutulan aviareyslərlə bağlı isə heç bir dəyişiklik yoxdur. Sərnişinlər bu gün uçmaq üçün aldıqları biletləri başqa tarixə dəyişə və yaxud geri qaytara bilərlər.

Son xəbərlər

Orphus sistemi