"Türk Hava Yolları" beynəlxalq uçuşları bərpa edib

"Türk Hava Yolları" beynəlxalq uçuşları bərpa edib Türkiyənin milli aviadaşıyıcısı - Türk Hava Yolları (THY) şirkəti bu gündən İstanbul hava limanından beynəlxalq uçuşları bərpa edib.
İnfrastruktur
2015
11 İyun , 2020 10:48
Türk Hava Yolları beynəlxalq uçuşları bərpa edib

Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (THY) şirkəti bu gündən İstanbul hava limanından beynəlxalq uçuşları bərpa edib. 

“Report” türk mətbuatına istinadən xəbər verir ki, aviaşirkət ilk olaraq Almaniyanın Düseldorf, Munhen və Frankfurt şəhərlərinə, Böyük Britaniyanın paytaxtı Londona və Niderlandın paytaxtı Amsterdama reyslər yerinə yetirib. 

İlk uçuş saat 08:20-də reallaşıb.

Xatırladaq ki, Türkiyədə  koronavirus pandemiyasının (COVID-19)  geniş yayılmasının qarşısını almaq üçün bu ilin aprel ayından daxili və beynəlxalq istiqamətlərdə uçuşlar dayandırılıb.  

Son xəbərlər

Orphus sistemi