Transxəzər marşrutu üzrə yük daşınması 8% artıb - YENİLƏNİB
- 08 may, 2018
- 08:15
Yeniliklərdən dərhal xəbərdar olun!
İlk xəbər saat 12:02-də verilib
Bakı. 8 may. REPORT.AZ/ Bu gün Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı növbəti görüş keçirilib.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev açıb.
O bildirib ki, bu ilin I rübündə marşrutla yük daşınması ötən ilin eyni dövrünə nisbətən 8% artaraq 302 min ton təşkil edib. 3 ay ərzində marşrutla 866 ədəd 20 funtluq konteyner daşınıb ki, bu da illik müqayisədə 694 ədəd çoxdur.
Qazaxıstan rəsmisinin sözlərinə görə, marşrutla taxıl və noxud kimi məhsulların daşınması üçün böyük potensial var: "Marşrutun real potensialı 1 mln. tondur".
Qeyd edək ki, tədbir çərçivəsində iştirakçı ölkələr protokol imzalayıb.