Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu ilə bağlı iclas keçirilib
- 22 oktyabr, 2018
- 10:03
Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün “TransxəzərBeynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyininümumi yığıncağı keçirilib.
“Report” xəbər verir ki, toplantıda Azərbaycanlayanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna və Rumıniyadan dan olan dəmiryoluvə dəniz nəqliyyatı şirkətlərinin nümayəndələri də iştirak ediblər.
İclasa “AzərbaycanDəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov sədrlik edib.
Tədbirdə2018-ci ilin doqquz ayında TBNM üzrə yüklərin daşınması planının yerinəyetirilməsi müzakirə olunub, marşrut üzrə yüklərin daşınması zamanı xidmətləringöstərilməsinə sərf edilən müddət təsdiqlənib.
Eynizamanda, iclasda marşrut üzrə yüklərin çatdırılması müddəti ilə bağlıdaşıyıcılar və operatorlar arasında qarşılıqlı məsuliyyətin müəyyənləşdirilməsibarədə fikir mübadiləsi də aparılıb. Tarif dərəcələri üzrə məlumatınAssosiasiyanın və onun üzvlərinin saytlarında yerləşdirilməsinin formatı tərtibolunaraq razılaşdırılıb.
İştirakçılaryeni üzvlərin qəbulu ilə bağlı məsələni də müzakirə ediblər. Rumıniyanın“Grampet Group” və Qazaxıstanın “İstkomtrans” (Исткомтранс» ТОО) şirkətləri “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasınaüzv qəbul olunub.
Bundanbaşqa, Gürcüstan dəniz limanları vasitəsilə daşınan Qazaxıstan taxıl yükünün zəmanətlihəcmlərinə yenidən baxılıb.
Həmçinin,iclasda Konsorsium tərəfindən ümumi yığıncağın qərarlarının yerinə yetirilməsi üzrə hesabat dinlənilib.
Tədbirinsonunda müvafiq protokol imzalanıb.
Qeyd edəkki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan,Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarınıniştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya, Polşa və Türkiyənin dəaidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindənbaşlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməkləAvropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçidtarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsindəkonteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır.