​"Transmaşholdinq" Azərbaycana lokomotivlərin ixracını həyata keçirmək niyyətindədir

İnfrastruktur
  • 02 sentyabr, 2015
  • 10:32
​Transmaşholdinq Azərbaycana lokomotivlərin ixracını həyata keçirmək niyyətindədir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın nəqliyyat maşınqayırması sahəsində iri şirkət olan "Transmaşholdinq" (TMH) Azərbaycana lokomotivlərin ixracını həyata keçirmək niyyətindədir.

"Report" "Finanz.ru"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə TMH-nin baş direktoru Kirill Lipa "EXPO 1520" dəmir yolu salonunda olarkən açıqlama verib.

"Azərbaycana xüsusilə EP20 lokomotivlərinin ixracı ilə bağlı planlarımız var. Söhbət 8-12 ədəd lokomotivdən gedir. Hələlik danışıqlar davam edir",- K.Lipa bildirib.

44 filmi