THY İstanbul-Bakı-İstanbul reysinə əlavə bilet satışa çıxardı

THY İstanbul-Bakı-İstanbul reysinə əlavə bilet satışa çıxardı THY İstanbul-Bakı-İstanbul reysinə əlavə bilet satışa çıxardı
İnfrastruktur
4464
1 İyul , 2020 02:58
THY İstanbul-Bakı-İstanbul reysinə əlavə bilet satışa çıxardı

Türk Hava Yolları (THY) iyulun 3-də həyata keçiriləcək İstanbul-Bakı-İstanbul reysinə əlavə biletləri satışa çıxarıb. 

Bunu "Report"a açıqlamasında THY Bakı ofisinin rəhbəri Seyfullah İlyas deyib.

S.İlyasın sözlərinə görə, TK4932/4933 reysləri ilə həyata keçiriləcək uçuşlara əlavə biletlərin satışı yaxın bir neçə saatda başlayacaq:

"İyulun 3-də baş tutacaq TK4932/4933 uçuşumuz üçün təyyarənin daha böyüyü ilə əvəzlənəcək".

Bilet almaq istəyən şəxslərdən aviaşirkətin saytını izləməsi tövsiyə olunur.

Xatırladaq ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türk Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək.