Türkiyə taxılçılıq yüklərini Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə daşınmasını təklif edir

Türkiyə taxılçılıq yüklərini Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə daşınmasını təklif edir Bakı-Tbilisi-Qars dəmir yolu xətti iqtisadi əməkdaşlığımıza töhfə verir.
İnfrastruktur
23 Oktyabr , 2019 11:48
Türkiyə taxılçılıq yüklərini Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə daşınmasını təklif edir

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti iqtisadi əməkdaşlığımıza töhfə verir".

"Report" xəbər verir ki, bunu Türkiyənin Taxılçılıq üzrə Komitəsinin baş direktoru Əhməd Güldal bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda bildirib.

O vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu taxılçılıq yüklərinin daha rahat və əlverişli çatdırılmasını təmin edəcək.

Qeyd edək ki, bu gün Bakıda Beynəlxalq Taxılçılıq Forumu keçirilir. Forumda Azərbaycan, Rusiya, İran, BƏƏ və digər ölkələrdən nümayəndələr iştirak edirlər.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü il, sonra 2015-ci il, 2016-ci il və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib.

27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi. Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi