Taleh Ziyadov: “Zəngəzur dəhlizi Azərbaycanı regional ticarət mərkəzinə çevirəcək”

Taleh Ziyadov: “Zəngəzur dəhlizi Azərbaycanı regional ticarət mərkəzinə çevirəcək” “Zəngəzur dəhlizi Azərbaycanın qovşaq konsepsiyasına uyğun olaraq ticarət mərkəzinə çevrilməsinə imkan yaradacaq”.
İnfrastruktur
10 Mart , 2022 11:08
Taleh Ziyadov: “Zəngəzur dəhlizi Azərbaycanı regional ticarət mərkəzinə çevirəcək”

“Zəngəzur dəhlizi Azərbaycanın qovşaq konsepsiyasına uyğun olaraq regional ticarət mərkəzinə çevrilməsinə imkan yaradacaq”.

“Report” xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov Aİ ilə birlikdə keçirilən “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində deyib.

“Zəngəzur dəhlizi Yaxın Şərq və Aralıq dənizi regionları arasında ən qısa dəhlizdir. O, Şərq-Qərb dəhlizinin inkişafına yol açacaq və yüklərin Aralıq dənizinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycanın regional ticarət mərkəzinə çevrilməsi coğrafi mövqeyi cəhətdən vacibdir və Bakı Limanı burada öz rolunu oynayacaq”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi