Bakı. 21 iyun. REPORT.AZ/ Bu gündən etibarən Rusiyanın Surqut şəhərindən Lənkərana açılması planlaşdırılan aviareys təxirə salınıb.
Lənkəran Beynəlxalq Hava Limanından “Report”a verilən məlumata görə, uçuş rəsmən açıqlanmayan səbəbə görə qarşı tərəf - "UTair" aviaşirkəti tərəfindən təxirə salınıb. Reysin nə zaman açılacağı da bildirilmir.
Qeyd edək ki, Rusiyanın "UTair" aviaşirkəti bu reysi "Boeing 737" təyyarəsi ilə həyata keçirmək niyyətindədir.