Sumqayıt və Abşeronun bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq

Sumqayıt və Abşeronun bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq Bu gün Sumqayıt şəhəri və Abşeron rayonunun bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
İnfrastruktur
4 Noyabr , 2019 10:00
Sumqayıt və Abşeronun bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq

Bu gün Sumqayıt şəhəri və Abşeron rayonunun bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 2019-cu ilin noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi