“Şirvan” kran gəmisinin əsaslı təmiri başa çatıb

“Şirvan” kran gəmisinin əsaslı təmiri başa çatıb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Şirvan” 100 tonluq kran gəmisinin əsaslı təmiri yekunlaşıb.
İnfrastruktur
1 Sentyabr , 2020 15:55
“Şirvan” kran gəmisinin əsaslı təmiri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Şirvan” 100 tonluq  kran gəmisinin əsaslı təmiri yekunlaşıb.

ASCO-dan “Report”a verilən məlumata görə, proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

Təmir müddətində gəmi mexanizmləri, baş  mühərriklər, braşpil və şpil qurğuları, nasoslar,  boru sistemləri, sanitar qovşaqlar və elektrik mühərriklərinin cari təmir işləri aparılıb. Bununla belə, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də yerinə yetirilib.

“Şirvan” gəmisi  tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.

İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb.  Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Qeyd edək ki, “Şirvan” kran gəmisinin uzunluğu 98,55, eni 17 metrdir. Gəmi  2×2400 at gücünə malik baş mühərriklərlə  təchiz olunub

Son xəbərlər

Orphus sistemi