Səməd Vurğun küçəsində yol sürüşüb

Səməd Vurğun küçəsində yol sürüşüb Bakı. 17 oktyabr. REPORT.AZ/ Səməd Vurğun küçəsində 60 metr uzunluğu, 3 metr enində sürüşmə qeydə alınıb.
İnfrastruktur
17 Oktyabr , 2018 13:58
Səməd Vurğun küçəsində yol sürüşüb
Report /Firi Salim
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Səməd Vurğun küçəsində 60 metr uzunluğu, 3 metr enində sürüşmə qeydə alınıb".

Bunu "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, AAYDA-nın əməkdaşları sözügedən ərazidə olublar, ilkin baxış keçirilib: "Müəyyən olub ki, həmin ərazidə pilot layihə əsasında yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işləri həyata keçirilib. Yolun sürüşməməsi üçün divar qurulmalıydı. Nəticədə yağış yağarkən sürüşmə qeydə alınıb. Hazırda əraziyə dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparılır. Tikinti aparan şirkət yola dəymiş ziyanı ödəyəcək. Bundan başqa, AAYDA sözügedən ərazidə bərpa işlərinə başlayıb". 

Son xəbərlər

Orphus sistemi