Prezident: "Şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur"

Prezident: "Şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur" Nəqliyyat infrastrukturuna xüsusi diqqət verilməlidir. Son illər ərzində köçürülmələr aparılan bir çox yerlərdə müasir nəqliyyat qovşaqları yaradılır, küçələr genişləndirilir.
İnfrastruktur
8 Yanvar , 2020 16:55
Prezident: Şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur

"Nəqliyyat infrastrukturuna xüsusi diqqət verilməlidir. Son illər ərzində köçürülmələr aparılan bir çox yerlərdə müasir nəqliyyat qovşaqları yaradılır, küçələr genişləndirilir".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin etdiyi Anar Quliyevi qəbul edərkən deyib. 

"Yenə də keçmişdə “Sovetski” adlandırılan əraziyə qayıdıram, orada küçələrin eni iki metrdən çox deyildi: “İndi geniş xiyabanlar salmışıq. İndi yol hərəkəti nə qədər yüngülləşib. Nəqliyyat infrastrukturu təkcə avtomobil yollarından ibarət deyil. İndi bizim şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur. Bu il artıq dairəvi hərəkət marşrutu da işə düşəcək. Bu da, əlbəttə, avtomobil yollarına düşən yükü azaldacaq. Ona görə şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır”, - deyə dövlət başçısı qeyd edib. 

Son xəbərlər

Orphus sistemi