Səfir: "Şimal-Cənub” nəqliyyat dəhlizinin qərb marşrutu üzrə yük axınları perspektivdə 30 milyon tona yüksələ bilər"

Səfir: "Şimal-Cənub” nəqliyyat dəhlizinin qərb marşrutu üzrə yük axınları perspektivdə 30 milyon tona yüksələ bilər" Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunda yük axınlarının həcmi ilkin mərhələdə 5 milyon ton, sonrakı mərhələlərdə isə ən azı 15 milyon tona çatdırılacaq və perspektivdə bu göstərici illik 30 milyon tona yüksələ bilər.
İnfrastruktur
26 Dekabr , 2024 17:23
Səfir: Şimal-Cənub” nəqliyyat dəhlizinin qərb marşrutu üzrə yük axınları perspektivdə 30 milyon tona yüksələ bilər

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunda yük axınlarının həcmi ilkin mərhələdə 5 milyon ton, sonrakı mərhələlərdə isə ən azı 15 milyon tona çatdırılacaq və perspektivdə bu göstərici illik 30 milyon tona yüksələ bilər.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Leninqrad vilayətində MDB-nin qeyri-rəsmi sammitinə həsr olunmuş Sankt-Peterburq KİV nümayəndələri ilə görüşdə bildirib.

Səfir qeyd edib ki, Rusiya ilə imzalanmış “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə tranzit yük daşımalarının inkişafına dair əməkdaşlıq haqqında saziş tarixi əhəmiyyət daşıyır: "Bu saziş dəmir yolu infrastrukturunun və tranzit daşımaların inkişafı üçün iki ölkə arasında əməkdaşlığın əsas şərtlərini müəyyən edir. Onun məqsədi Şimal-Cənub dəhlizinin qərb marşrutunun potensialını artırmaq və nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltməkdir".

R. Mustafayev sazişə istinadən xəbər verir ki, Azərbaycan öz dəmir yolu infrastrukturunu modernləşdirəcək və dəmir yolu sərhəd keçidlərinin ötürücülük qabiliyyətini artıracaq. Bu işlərin 2027-ci ilin dekabrın 31-dək tamamlanması planlaşdırılır.

“Bu mərhələ başa çatdıqdan sonra Rusiya tərəfi İrana tranzit üçün hər il ən azı 5 milyon ton yük təmin edəcək. Bütün tərəflərin aktiv iştirakı ilə bu göstəricini 15 milyon tona, hətta 30 milyon tona çatdırmaq mümkündür. Bu layihə regional əməkdaşlıq və sabitlik üçün mühüm amil olacaq”, - deyə səfir əlavə edib.

Dekabr ayında Rusiya hökuməti Moskva və Bakı arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə tranzit yük daşımalarının birgə inkişafı haqqında saziş layihəsini təsdiqləyib. Sənəddə göstərilir ki, məqsəd nəqliyyat əlaqələrinin effektivliyini artırmaq və qərb marşrutunun potensialını tam şəkildə reallaşdırmaqdır.

Hər iki ölkə tranzit daşımalar zamanı öz ərazilərində yüklərin sərbəst hərəkətini təmin edəcək. Sazişə əsasən, dəmir yolu infrastrukturu yenilənəndən sonra 2028-ci ilin yanvarından başlayaraq Rusiyadan Azərbaycana hər il daşınacaq yüklərin minimal həcmi 5 milyon ton təşkil edəcək. Bu göstərici müvafiq qərar qəbul edildikdən sonra illik 15 milyon tona qədər artırılacaq.

Son xəbərlər

Orphus sistemi